12 dekabr Azərbaycan xalqının Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş konsert keçirilib. Konsertdə bir sıra dövlət qurumlarının rəhbərləri, paytaxt ictimaiyyətinin nümayəndələri, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının nümayəndələri, elm və mədəniyyət xadimləri və çoxsaylı qonaqlar iştirak ediblər.
İlk olaraq Mustafa Mehmandarovun dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri Fikrət Əmirovun "Gülüstan Bayatı-Şiraz" simfonik muğamını ifa edib. Xalq aartisti Samir Cəfərov orkestrinin müşayiət ilə "Gözəlim sənsən" xalq mahnisını və Tofiq Quliyevin "Sənədə qalmaz" mahnısını səsləndirib. Gecədə Vaqif Qərayzadənin "Fantaziya", Qəmbər Hüseynlinin "Ay işığında" (kamança Xəyyam Məmmədov) əsərləri yer alıb. Daha sonra orkestrin və Xalq artisti Gülbacı İmanovanın rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının müşayiətləri ilə Eldar Mansurovun Elegiya-rekviyem (Elegy-Requiem), Qəmbər Hüseynlinin "Ay İşığında" və Ramiz Mirişlinin böyük dahi Heydər Əliyevə yazdığı “Məşəl kimi yanan ürək” odasını səslənib.
Klassik musiqi gecəsi Ulu Öndərin əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsi olub. Tamaşaçılara unudulmaz anlar bəxş edən konsert çox təsirlı və yaddaqalan keçib və alqışlarla qarşılanıb.