"Azərbaycan və Avropa operalarından səhnələr" adlı qala- konsert baş tutdu

25 yanvar Opera Studiyasının səhnəsində "Azərbaycan və Avropa operalarından səhnələr" adlı qala- konsert baş tutdu. Qala-konsert proqramında klassik musiqi xəzinəsinin ən seçmə nümunələri ifa olundu. Tamaşaçılara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında dünya və milli musiqi irsinin ölməz əsərlərindən kvartetlər, kvintetlər, tersetlər və sekstetlər təqdim olundu. Solistləri səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın simfonik orkestri və xoru müşaiyət etdi. Gecədə  V.A. Motsart – “Fiqaronun toyu”, “Hami belə edir”; Q. Donizetti – “Luçiya di Lammermur”;  C. Rossini – “Sevilya bərbəri”; C. Verdi – “Nabukko”, “Riqoletto”, “Aida”, “Trubadur”, “Makbet”, “Bal maskarad”;  J. Bize – “Karmen”; İ. Ştraus – “Yarasa; F. Əmirov – “Sevil”;  Üz. Hacıbəyli – “Koroğlu” operalarından tanınmış əsərlər səsləndi.

Qala- konsertdə Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Əkrəm Poladov,  Fidan Hacıyeva, Gülnaz İsmayılova, Azərbaycan Respublikasının Əməkdar artistləri Səbinə Əsədova, Ramil Qasımov, İnarə Babayeva, Afaq Abbasova, Fərid Əliyev,   İlahə Əfəndiyeva, Fəridə  Məmmədova, Səbinə Vahabzadə, Anton Ferştandt, Tural Ağasıyev, Əliəhməd İbrahimov,  Azər Zadə, solistlər: Adil Axundov, Taleh Yahyayev, Mahir Tağızadə, Fatimə Cəfərzadə, Nina Makarova, Atəş Qarayev, Fəhmin Əhmədli, Günel Hacıyeva, İqor Yadrov,  Səma Həmzayeva, Aydan Quliyeva, Nigar Cəfərova, Ruslan Persan çıxış ediblər. Dirijor - Əməkdar artist Əyyub Quliyev, Xormeyster - Əməkdar incəsənət xadimi Sevil Hacıyeva.
Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı. Tamaşaçılar sevimli opera ulduzlarnı və orkestri ayaq üstə alqışladı.