"Оnegin" və "Balaca şəhzadə" Opera Studiyasının səhnəsində

8 fevral Bakıda Opera Studiyasının səhnəsində "Molçi i Tansuy" teatrın "Оnegin"  və "Balaca şəhzadə" plastik tamaşaları baş tutdu. Tamaşaların rejissoru Aleksandr Dulesovdu. Qastrolların təşkilatçısı - AzKonsert.

"Yevgeni Onegin" - Aleksandr Puşkinin şah əsəridir. Duyğusal, incə, cəsarətli. Tamaşanın yaradıcıları Puşkinin poeziyasını rəqsin poetikliyi ilə birləşdirərək, şeir  formasında olan bu romanı müasir sənət əsəri kimi canlandırıb, onu canlı və aktual şəkildə tamaşaçılara təqdim etdilər. "Molçi i tansuy" teatrın  aktyorları tamaşaçıya hekayənin gözlənilməz tərəflərini göstərərək, Puşkinin misralarının və həmçinin aktyor həyatının pərdəsi arxasına nəzər salmağa imkan verdilər. Unikal xoreoqrafiya, parlaq aktyor işi, müasir caz kompozisiyaları və Puşkinin əbədiyaşar şeirlərinin musiqisi bir araya gələrək tamaşanın unudulmaz atmosferini yartdı və bu atmosfer pərdə qapandıqdan sonra da tamaşaçını müşayiət etdi.

Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" povesti hamıya yaxşı tanışdır və hər kəsin sevimlisidir. Kiçik Şahzadə, onun qətiyyəti və tərəddüdləri, gülüşü və göz yaşları haqqında işıqlı və təsirli hekayə heç kimi  laqeyd qoymadı. "Molchi və Tantsuy" teatrının aktyorları bu hekayəni rəqs dili ilə  danışdılar.

Tamaşalar böyük anşlaqla keçdi və tamaşaçıların gəlbini fəth etdi.