Martın 1-də Bakıda, Opera Studiyasının səhnəsində, ilk dəfə olaraq Koreya musiqisindən ibarət “K-POP Symphony” adlı konsert keçirilib. Alterus & Royal Orchestra musiqiçilərinin təqdim etdiyi inanılmaz estrada-simfonik şou K-pop pərəstişkarlarını heyran etdi.
Kazaxstanın Alterus və Azərbaycanın Royal Simfonik Orkestri BTS, Blackpink, Enhypen, Stray kids, Seventeen və s. qrupların sevimli hitlərini yeni arajmanda səsləndirdilər. K-POP Symphony konserti Koreya pop musiqisinin bütün pərəstişkarları üçün əsl musiqi bayramı oldu.