4 mart Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının 90 illik yubileyinə həsr olunmuş, Fikrət Əmirov adına I Ümumrespublika Musiqi Festivalının təntənəli açılış mərasimi keçirildi.
Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətinin aparıcı simalarından biri, müasir dünya musiqi mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermiş sənətkardır. Festivalın bədii rəhbəri, Əməkdar artist, Gəncə Filarmoniyasının direktoru Ramil Qasımov açılışda çıxış edərək, ölkənin aparıcı kollektivlərinin və solistlərinin ifasında festival günlərində təqdim olunacaq konsert və tədbirlər barədə məlumat verib.
Konsertdə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblın solistləri: əməkkdar artist Şahnaz Həşimova, Sevinc Sarıyeva, Xəyal Əliyev, Zəminə Mustafayeva, Azər Verdiyev, Şirhan Cahangirov, Anar Quliyev, Rövşən Məmmədov, Samir Məmmədov və Mehparə Cəfərova çıxış etdi. Proqramda Uzundərə rəqsi, Nağaralarla reqs, İgidlər rəqsi, Mahur təsnifi, Çahargah rəngi, Səmayi-Şəms, xalq və bəstəkar mahnıları: Evləri var xana xana, Yar üçün, Dağlar qızı Reyhan, Bayram gəlir elimə, De görüm neyləmişəm, Pərişanın mahnisi, Aslanın mahnısı, Göygöl səsləndi.
Konsert böyük anşlaqla keçdi.