"Tələ" Park Cinema ekranlarında

"Tələ" filmi bu yazın gözlənilən premyeralarından biridir. Filmin rejissoru David Yarovesky, ssenari müəllifləri Mariano Cohn, Gaston Duprat və Michael Arlen Rossdur. Baş roları Bill Skarsgard; Entoni Hopkins ; Ashley Cartwright və Michael Eklund ifa edir.
"Tələ" baş rollarda Peter Lanzani və Dadi Brievanın oynadığı Argentina istehsalı olan "The Mousetrap" filminin ingilis dilli remeykidir. "Tələ" filmi kilidlənmiş avtomobildən qaçmağa çalışan bir avtomobil oğrusundan bəhs edir. Avtomobil oğurlamağa çalışan Eddi Uilyamın hazırladığı tələyə düşür. Uilyam baş qəhrəmana cəhənnəm yaşatmaq qərarına gəlib: Eddi avtomobilin oturacağından gicəlləndirici cərəyan ilə vurulur, qaçıran maşında qəfil temperatur dəyişikliyi yaşayır və radio ilə idarə olunan avtomobilin günahsız insanların üzərindən keçməsinə çarəsizcə baxır.