"Məclisi Üns" muğam axşamı keçirildi

“Ulduzlu axşamlar” layihəsi çərçivəsində Heydər Əliyev Sarayında möhtəşəm “Məclisi Üns” muğam axşamı keçirildi. Gecədə Qarabağ muğam məktəbinin davamçıları Xalq artistləri Teyyub Aslanov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər Cabir Abdullayev, Firuz Səxavət, Almaz Orucova, Gülüstan Əliyeva, Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Babək Niftəliyev, Elnur Zeynalov, İlkin Əhmədov, xanəndələr Güllü Muradova, Səbinə Ərəbli, Günay İmamverdiyeva çıxış etdilər.

Gecənin aparıcıları- tanınmış  qirayətçi ustası Xəzər Süleymanlı və aktrisa Sabirə Abdullayeva. Gece boyunca onlar ulduzlu qonaqları təqdim etməklə yanaşı şeirlər səsləndirdilər. Konserti "Qarabağ" ifası ilə xanəndələr Güllü Muradova və Elnur Zeynalov açdı.

Gecədə "Azərbaycan maralı", "Cənnətim Qarabağ", "Şuşanin dağları", "Cənnətimsən Qarabağ" ," Gözəldir", "Qal sənə qurban", "Sənin eşqin", "Unuda bilmirəm" və digər mahnılar səsləndi. Sevinc Sariyeva, Almaz Oruceva və Firuz Səxavətin ifasında "Qarabağ şikəstəsi" gecəyə xüsusi rəng qatdı.

Konsertin sonunda konsertin bütün iştirakçıları səhnəyə çıxdı və qürultulu alqışlar sədasına "Yaşasın Azərbaycan" mahnısını ifa etdi. Gecə böyük anşlaqla keçdi və hamının zövgünü oxşadı.