Italiyanın sirki ilk dəfə Bakıda!

Avropanın ən titullu sirk ailəsi – İtaliyanın Flavio və Daniele Toni sirki ilk dəfə Bakıda, "Circus Sea Breeze"də çıxış edir. 150 ildən artıq tarixi olan bu dünya şöhrətli sirk milyonlarla tamaşaçının sevgisini qazanan möhtəşəm proqramı ilə ilk dəfə olaraq ölkəmizdə təqdim olunur.

Tədbirin təşkilatçısı, "Sirk Oskarı" mükafatçısı Allahverdi İsrafilov, ənənəsinə sadiq qalaraq, şounun ilk günlərini valideyn himayəsindən məhrum olmuş uşaqlara, sağlamlıq imkanları məhdud olan uşaqlara, şəhid və qazilərin övladlarına həsr etdi.

Qonaqları benqal, qızıl və ağ pələnglərin möhtəşəm çıxışı, akrobatların həyəcanverici şouları, kanat ustalarının tarazlıq nümayişi, Ölüm Çarxı, oxatma şousu, italiyalı kloun, peşəkar rəqqaslar, möhtəşəm vokal ifaçısı gözləyir! Dünyanın ən məşhur sirk ustalarının iştirakı ilə 2 saatdan çox davam edən bu unudulmaz şou hər kəsi heyrətləndirəcək!

Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metro stansiyasından Circus Sea Breeze-ə və geriyə pulsuz avtobus xidməti təşkil olunur.