16 martda Heydər Əliyev Sarayında Azərbaycanın əməkdar artisti, böyük caz pianisti və bəstəkarı, Vaqif Mustafazadənin anadan olmasının 85 illiyinə həsr olunmuş möhtəşəm yubiley konserti keçirildi. Konsertin təşkilatçısı- 33 EVENT, baş sponsoru- bank VTB.
Azərbaycan cazının banisi olan Mustafazadə musiqi dünyasında unudulmaz iz qoymuşdur. Onun Şərq və Qərb motivlərinin toxunduğu bənzərsiz musiqisi dünyada dinləyiciləri ilhamlandırmağa davam edir. Yubiley gecəsındə Vaqif Mustafazadənin qızı, istedadlı caz ifaçısı, Azərbaycanın xalq artisti Azizə Mustafazadə çıxış etdi. Qonaqları salamlayaraq o "Qara qaşın vəsməsi", "Alagöz", "Harbit", "Qobustanın freskaları", "Mart", "Waiting for Aziza" əsərləri ifa etdi.
Konsertdə böyük maestronun yaradıcılığından ilhamlanmış və onun əsərlərini ifa edən musiqiçilərdə yer aldı. Onların arasında - Vagif Mustafazadənin nəvəsi Ramiz xan, dünya şöhrətli jazz pianoçu İsfar Sarabski, istedadlı gənc pianoçu Mədinə Paşayeva. Konsertdə Gürcüstandan Bakıya təşrif buyuran Georgian jazz bandda yer aldı.
Konsert böyük anşlaqla keçdi və hamının zövgünü oxşadı.