18 mart Beynəlxalq Muğam Mərkəzində aşıq musiqisindən ibarət olunan konsert proqramı təqdim olundu. "Yenə gəldi yaz ayları" adlı konsert Novruz bahar bayramına həsr olunmuşdur.
Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.
Konsertdə "Aşıqlar" qrupu, "Qarabağ" aşıqlar qrupu, "Misri" aşıqlar qrupu, Şirvan aşıq məktəbinin nümayəndəsi - Aşıq Qəlbinur İbrahimli, Əli Kəlbəcərli, Turan Ansamblı iştirak etdi.
Konsert proqramında bayram əhvallı aşıq havaları tamaşaçılara xoş ovqat bəxş edib.