"Dədə Qorqud" tamaşası Bakıda nümayiş olundu

T. Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış etdilər. Qırğızıstan Respublikasının Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu tamaşa Akademik Milli Dram Teatrında nümayiş olundu. Səhnənin quruluşçu rejissoru Marat Kozukeev, rəssamı Bakıt Tilekmatovdur.

Dədə Qorqud  türkdilli xalqlar arasında geniş tanınan və əfsanəvi şəxsiyyətdir. Onun mənəvi həyatı, əbədiyyətlə bağlı fəlsəfi fikirləri əsrlər boyu nəğmələrdə, dastanlarında əks-səda olub. Tamaşa "Dədə Qorqud" dastanının necə yarandığından, yaradıcılıq axtarışları ilə dolu mürəkkəb həyatından bəhs edir. IX əsrdə yaşamış məşhur kil-kiyakçı və nağılçı Qorqud Ata haqqında tamaşa hamının zövgünə oxşadı.