"Həvəskar" Park Cinemada!

Aprelin 10-dan Park Cinema kinoteatrlar şəbəkəsində 2025-ci ilin ən həyəcanverici "Həvəskar" filmin nümayişi başlayıb. Filmin rejissoru - Ceyms Houz.

Film Robert Littell-ın eyniadlı romanı əsasında çəkilib və 1981-ci il versiyasından sonra ikinci adaptasiyadır. Baş rolları aktyor Rami Malek, Lourens Fișborn və Reyçel Brosnahan ifa ediblər.

Çarlz Heller – CIA-nın kriptoqrafıdır, onun həyat yoldaşı Londonda törədilən terror aktı zamanı həlak olur. Lakin onun rəhbərləri istintaqı ləngidir, buna görə də Heller özbaşına terrorçuları tapmaq qərarına gəlir. Lazım olan bacarıqlara malik olmadığı üçün o, öz agentliyini hədələyərək xüsusi təlimə göndərilməsini tələb edir.
Filmi rus və ingilis dillərində, həmçinin IMAX-da nümayiş olunur. Biletləri Park Cinema kassalarında və ya parkcinema.az saytına əldə edə bilərsiniz.