15 aprel Beynalxalq Muğam Mərkəzində "Nağıl danış mənimçün" musiqili poeziya gecəsi keçirildi. Qirayətçi - istedadlı qirayət ustası və şair Hüseynağa Aslanov. Gecədə onu pianoçu Zərif Kərimova, Nərgiz Əliyeva (fleyta), Cəfər Həsənov (nağara), Ismayıl Zülfüqarov (tar) müşayiət etdi.
"Nağıl danış mənimçün" musiqili poeziya gecəsində incə lirika və dərin musiqi nümunələri bir araya gəlir, klassik və müasir poeziya, fortepiano və digər alətlərin müşayiəti ilə səslənərək dinləyiciləri düşüncəyə və duyğulara qərq edir. Gecədə Ennio Morrikone, İqor Krutoy, Konstantin Meladze, Rendi Nyuman, Kristof Qlyuk, George Gerşvin, Vaqif Mustafazadənin ölməz əsərləri sədasında Azərbaycan ədəbiyyatının ən parlaq şairlərin şeirləri səsləndi. Ramiz Rövşənin "Son gorüş", Zəlimxan Yaqubun "Seni Sevmek Üçün Geldim Dünyaya!", İlqar Fəhminin "Nağıl danış mənimçün" şeirləri gecəyə xüsusi rəng qatdı.
Musiqi və sözlərin harmoniyası gecəyə xüsusi atmosfer bəxş edərək, hər kəsə unudulmaz anlar yaşatdı.