Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrin konserti baş tutub. Orkestr Opera və balet teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar Artisti Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edib.
Gecədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin musiqiçiləri iştirak edib: Azərbaycan Respublikasinin Əməkdar artististləri - Rena Rəhimova (viola), Yuliya Motorina (violin) və Aleksey Miltıx (cello), istedadlı pianoçu Nərmin Rzayeva və s.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və solistləri Karl Mariya fon Veber, Antonio Vivaldi,Teodor Laliet, Sesil Şaminad, Pablo de Sarasate, Feliks Mendelson, Jorj Bize, Frederik Qulda, Corc Gersvin, Leonard Bernstaynın əsərlərini ifa edib. Konsert Oqtay Zülfüqarovun "Şənlən, menim xalqim" Təntənəli Üverturası ilə başa çatıb.
Gecə böyük anşlaqla keçib, tamaşaçılar sevimli orkestri və dirijoru ayaq üstə qürultulu alqışlarla qarşılayıb.