Müslüm Naqomayev adına Filarmoniyanın səhnəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının "Nadir rəqslər" adlı konserti baş tutdu. Ansamblın bədii rəhbər: Azərbaycan respublikasının xalq artisti Ağaverdi Paşayev.
Gecədə musiqinin sehri və rəqsin valehedici ritmləri bir araya gəldilər. Konsert proqramını "Azərbaycan süitası" açdı. Gecədə xalq rəqsi "Şalaxo", " Dilican", "Uzundərə", "101", "Vağzalı Mirzəyi", "Sarı gəlin", "Ay ləli", " Bulaq başında" nümayiş olundu. Xorun ifasında məşhur xalq və azərbaycan bəstəkarların mahnıları səsləndi. Səbinə Ərəblinin və İlkin Dövlətovun ifaları gecəyə xüsusi rənq qatdı. Möhtəşəm gecədə tamaşaçılar Şərq melodiyalarının rəqqasların hərəkətləri ilə necə canlandığının şahidi olub, Qafqazın ürəyində doğulmuş melodiyaların və rəqslərin sehrinə qərq oldular.