"Helikon-Opera” Bakıda "Zoluşka" operasını təqdim edib

"Helikon-Opera” teatrı artıq beşinci dəfədir ki, Bakıya qastrol səfərinə gəlib. Bu dəfə Heydər Əliyev sarayında "Zoluşka" operası nümayiş olunub. Məhz bu operanın Azərbaycanın paytaxtında təqdim olunması xüsusi önəm kəsb edir. Belə ki, Zoluşka” görkəmli azərbaycanlı bəstəkar Leonid Vaynşteyn tərəfindən məhz Bakıda qələmə alınıb və onun dünya premyerası da məhz burada keçirilib! Leonid Vaynşteynin sağ olsaydı, bu gün 80 yaşı tamam olacaqdı, məhz bu əlamətdar günün şərəfinə helikonçular günəşli Bakıya İlya İlinin məhz bu möhtəşəm tamaşasını gətirir.

Bu deyim az qala hər kəsə məlumdur: “Uşaqlar üçün də böyüklər üçün yazıldığı kimi yazmaq lazımdır, sadəcə ondan daha yaxşı yazmaq lazımdır”. Lakin az adam xatırlayır ki, bu, əslində böyük K.S. Stanislavskinin fikrinin dəyişdirilmiş formasıdır. Orijinal ifadə belədir: “Uşaqlar üçün böyüklər üçün oynadığın kimi oyna, sadəcə daha yaxşı, daha incə, daha mədəni və daha kamil şəkildə”. “Helikon-Opera” teatrında hər iki fikirlə razıdırlar, buna görə “Zoluşka” operasını beynəlxalq peşəkarlar komandası hazırlayır və tamaşada teatrın ən yaxşı gücləri iştirak edir. “Zoluşka” – çox gözəl bir operadır, o hadisələri istənilən dövr üçün aktual olan əsl bir nağıldır. Hər halda, quruluşçu-rejissor İlya İlin belə düşünürdü: "Biz onun təkcə uşaqlar üçün yox, istənilən yaş kateqoriyasına aid insanlar üçün maraqlı olmasını istəyirik. Bizim tamaşa ailəvi nümayiş üçün nəzərdə tutulub".Opera tamaşasının musiqi rəhbərliyini Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov öhdəsinə götürüb, tamaşanın bədii rəhbəri isə Rusiyanın Xalq artisti Dmitri Bertmandır.Operanın müəllifi Leonid Vaynşteyn Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi, görkəmli bəstəkar Qara Qarayevin yetirməsidir. “Zoluşka” operasının dünya premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində baş tutub. 35 il sonra “Helikon-Opera” səhnəsində bu sehrli çevrilmələr qeyri-adi dekorasiyalar və unikal holoqrafik texnologiyalar vasitəsilə canlandırılacaq. Ş.Perronun əfsanəvi nağılı əsasında yazılmış operanın süjetində xeyirxahlıq və gözəllik şər və paxıllığa qalib gəlir. Ənənəvi nağıl qəhrəmanları – Zoluşka, Şahzadə, Ögey ana və qəzəbli bacılarla yanaşı, tamaşaçılar dirilən əşyaları da görəcək: Süpürgə Xala, Ütü Əmi, Cəsur Çaydan və s.
Tamaşanın nümayişi böyük uğurla keçib, həm uşaqlar, həmdə böyüklər tərəfindən çox bəyənilib.

Foto: Rüstəm Qasımov