Beynəlxalq Muğam Mərkəzində görkəmli alman bəstəkarı Paul Hindemithin anadan olmasının 130 illiyinə həsr olunmuş konsert keçirilib. Konsert Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutub. Konsert proqramında gənc istedadlı pianoçu Tofiq Şixiyev və Nigar Cəfərova (soprano) çıxış edib. Paul Hindemith dövrünün ən böyük alman bəstəkarlarından biri idi. Onun ilk əsərləri gec-romantik üslubda yazılmışdır; sonralar bəstəkar ekspressionist bəstəkarlıq üslubuna, 1920-ci illərdə isə mürəkkəb kontrapuntal üsluba keçit. O, 20-ci əsrin Baxı adlanır, çünki onun üslublu Baxın kontrapuntal dilinə yaxındır.
Paul Hindemithin yaradıcılıq irsinin gələcək nəsillər üçün əhəmiyyəti ondadır ki, o, müasir, eyni zamanda klassik ruhlu əsərlər yaratmaqda gözəl nümunə göstərib. Paul Hindemith bir neçə alətdə, xüsusən də klarnet və fortepianoda, eyni zamanda skripka və violada bacarıqlı ifaçı idi. O, orkestrdə hər alət üçün bir sonata yazıb.
Tofik Şixiyev konsert proqramını 1929-ci ildə yazılmış "Klavierstück" əsəri ilə açıldı. Daha sonra o, Alman bəstəkarı, orqan ifaçısı və dirijoru İohan Sebastyan Baxın "Orqan Sonatasından Adagio" ifa etdi. Nigar Cəfərova məşhur Avstriya bəstəkarı Frans Şubertin vokal kompozisiyalarını “Ave Maria”, “Qanymed”, “Barcarolle”, “Die Forelle”, “Des Fischers Kiebesglück”, məşhur alman bəstəkarı və pianoçusu Johannes Brahms fortepiano sonatalarını, alman ekspressionizminin görkəmli nümayəndəsi və bəstəkarın Rixard Straussun operalardan ariyaları ifa etdi. Konsert proqramı Azərbaycanda ilk dəfə səsləndirilən Riçard Şrauss və Herman Hessenin “Beim Schlafengehem” əsəri ilə başa çatıb.