Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışı baş tutdu

Türk dünyasının iqtisadi və mədəni birliyinin rəmzi olan Türk Ticarət Mərkəzində növbəti tarixi hadisə baş tutdu. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışı, qardaş xalqlar arasında əməkdaşlığın daha da gücləndirilməsi yolunda atılmış mühüm addım oldu.

Bu möhtəşəm mərasim çərçivəsində təqdim olunan “Türk Obası” mədəniyyət kompleksi isə türk birliyinin mənəvi simvoluna çevrildi. Altı ənənəvi yurddan ibarət bu unikal məkan – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın qədim köklərini, ortaq tarixini və zəngin mədəniyyətini əks etdirir.

Tədbirdə Türk Ticarət Mərkəzinin (TTM) direktoru Yılmaz Okuklu çıxış edib. O, qeyd ki, Azərbaycanda Türk Ticarət Mərkəzinə status veriləcəyi təqdirdə Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələri daha yüksək səviyyəyə çatacaq.Tədbirdə Qazaxıstanın , Qırğızıstanın, Türkmənistanın səfirləri çıxış edib. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışı həm iqtisadi, həm də mədəni inteqrasiyanın bariz nümunəsi kimi gələcəyə doğru atılan inamlı addımdır.