Bakıda “Harry on ice” buz şousu baş tutdu

Bakıda Heydər Əliyev adına Konsert- İdman kompleksində "Harry on ice" buz şousu baş tutdu. “Harry on ice” fiziki teatr və sirk, komediya və sehrin sərhədində olan, sirk sənətləri və fiqur xizəyi sürməyi birləşdirən bənzərsiz bir çıxışdır. Bu, hər bir zalın səhnəsində xüsusi olaraq yaradılmış buz arenasında tək bir şouya çevrilir. Şou, J.K. Rowlingin sehrli kainatına əvvəlkindən fərqli bir şəkildə daxil olmağınızı təmin edəcək unikal kostyumlar, səhnə arxası və video sekanslarla dolu tam bir hekayədir.

Sirk şousunun artistləri, qravitasiyaya qarşı çıxan akrobatika ilə bənzərsiz fiqur xizəyi sürmə bacarıqlarını birləşdirərək, hər bir tamaşaçını heyrətləndirirlər. İnteraktiv effektlər, təsirli vizuallar və işıq dizaynı hər bir izləyicini valeh edir.

“Harry on ice”, Harry və dostlarının Sehrli Dünyasının sehrli hekayəsini danışır və sizi öz xəyallar dünyasına daxil edir. Şou, gündəlik reallığı tərk edib, möhtəşəm vizuallarla, orijinal musiqili müşayiəti ilə fantaziya aləminə dalmağa dəvət edir.

“Harry on ice” Bakıda həm uşaqların, həm böyüklərin zövgünə oxşadı və böyük uğurla baş tutdu.