Mayın 10-da Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində "Sən Yadıma Düşəndə" adlı solo konsert proqramı ilə çıxış edib.
İstənilən musiqi və mahnı janrında ifa etməyi bacaran müğənninin solo konserti böyük anşlaqla keçib. Konsertdə sənətkarın həmkarları, pərəstişkarları, Azərbaycan ziyalılarının nümayəndələri iştirak edib. Sevda Ələkbərzadə sehrli və füsunkar konsert proqramı təqdim edib. Nəhəng LED ekranlarda hər mahnı vizual hekayəyə çevrilib.
Sevda Ələkbərzadə solo konsertinə “Mən Səni Gözlədim” lirik mahnısı ilə başlayıb. Məşhur ifaçı tamaşaçıları salamlayıb: "Bu gecə mənim üçün xüsusi axşamdır. 34 illik yaradıcılıq yoluma birlikdə səyahət edəcəyik. Bu görüşə çoxdan hazırlaşırdım". Daha sonra Sevda Ələkbərzadə "Rast" qrupunun kult mahnısı olan “Ömürün Allahı Sevgidir” səsləndirilib. "Rast mənim üçün böyük məktəbdir. Qrupun üzvlərı mənim üçün böyük qardaş kimi olublat. Qrupun bədii rəhbəri Rəşad Həşimov mənim musiqidə əsas müəllimim olub", ifaçı etiraf edib.
Yaddaqalan məqamlarından biridə Sevdanın bacısı Elmira Ələkbərzadə ilə duet ifa etdikləri “Daha İstəmirəm” mahnısı olub. Sevda Ələkbərzadə Azərbaycan Dövlət Xorlada bir neçə əsər ifa edib. Gecənin sonunda Sevda Ələkbərzadə "Ulu Vətən" mahnısını ifa edib və onu Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edib.