“Arzuların yaratdığı gələcək” tamaşasının premyerası baş tutdu. “Arzuların yaratdığı gələcək” tamaşası Azərbaycanın Xalq yazıçısı Məqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunub. Quruluşçu rejissor — Raulya Türkkan, səhnələşdirmə — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rəssam — Mustafa Mustafayev, kostyum rəssamı — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musical tərtibat — Azərbaycanın Əməkdar mədəniyyət işçisi Vladimir Neverov
Tamaşada Azərbaycanın Əməkdar artistləri: İnna İmranova və Milana Sokolenko, gənc istedadlı aktyorlar Tamerlan Abdullayev, Rəşad Əliyev, Coxar Abdullayev, Ruslan Pavlov, Sabina Asim, Təmilla Abutalıbova, Aylin Türkan, Dilarə Nəzərova, Samirə Rəhimova, Səma Vəliyeva iştirak edir. Tamaşa Məqsud İbrahimbəyovun hekayələri əsasında səhnələşdirildi.
Tima və onun dostları haqqında bu hekayə – istənilən çətinliyi dəf edə biləcək əsl dostluqdan bəhs edir. Əyləncəli macəralar, ilk sevgilər, intriqalar və gözlənilməz addımlar onların gəncliyini unudulmaz edir. Bu hekayə — bizim haqqımızdadır, qəlbimizdə əbədi yaşamasını istədiyimiz o zamanlar haqqındadır.
Premyera böyük anşlaqla keçdi və hamının zövgünü oxşadı.