Bakıda "Baltik Evi" Teatr-Festivalının “Böyük qastrol”ları keçirildi

31 may – 1 iyun Bakı şəhərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Ümumrusiya qastrol-konsert planına uyğun olaraq və Rusiya Konsert (РОСКОНЦЕРТ) təşkilatının təşkilatçılığı, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət "Baltik Evi" Teatr-Festivalının “Böyük qastrol”ları keçirildi.

“Böyük qastrol” proqramının xarici ölkələr üzrə istiqaməti çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Xəzinə adası”, “Düşərcə” və “Kişilər və qadınlar nə haqqında danışır” tamaşaları nümayiş olundu.

“Xəzinə adası” uşaq tamaşası Robert Lyuis Stivensonun romanı əsasında hazırlanıb. Rejissor: Rusiya Federasiyasının əməkdar artisti Anatoli Dubanov, səhnə tərtibatı və kostyumlar: Vera Kuritsına. Gənc Cim Hokinsın əlinə cəsur kapitan Flintin xəzinə gizlətdiyi yerin dəqiq koordinatlarını göstərən bir xəritə keçir. Belə bir anda evdə oturmaq olarmı?! Cim dostları ilə birlikdə Xəzinə Adasına doğru təhlükəli dəniz səfərinə çıxır. Yol boyu onlar əsl quldurlarla döyüşür, bir çuval duz yeyir və dəniz səyyahlarının şən mahnısını oxuyur. Tamaşada iştirak edirlər: İqor Qoppikov, Dmitri Ladyqin, Rusiya Federasiyasının əməkdar artisti Aleksandr Pavelyev, Andrey Arxipov, Eqor Lesnikov, Dexiar Gusev, Oleq Korobkin, Mariya Rubina, Viktoriya Zaytseva.

“Duşeçka” tamaşası A.P.Çexovun eyniadlı hekayəsinin V. Buqakov tərəfindən səhnələşdirilmiş versiyası əsasında hazırlanmışdır. Rejissor: Aleksandra Mamkayeva, Səhnə tərtibatı: İrina Birulya, Kostyum üzrə rəssam: Mariya Sediх. Bu tamaşa incə çexov yumoru, musiqi və zərifliklə dolu lirik bir komediyadır. Ah, bu “Duşeçka” nə qədər gözəldir! Gülərüz və sadəlövh Olqa Semyonovna Plemennikovanı görən kişilər “bax buna deyərlər...” deyə düşünür, xanımlar isə söhbət arasında onun əlindən tutub heyranlıqla “Duşeçka!” deyə pıçıldayırdılar. Cavanlığında Duşeçka fligeldə yaşayan kirayəçi Kukinlə (“mənim Vaniçkam”) evlənərək teatrı sevməyə başladı. Daha sonra qonşu Pustovalovla (“mənim Vasiçkam”) ailə qurdu və ağac sənayesinə maraq göstərdi. Sonra isə Smirninlə (“mənim Volodiçkam”) vətəndaş nikahında yaşamağa başladı və baytarlıq sahəsində onun köməkçisi olmağa hazır idi. “Yəqin yelbeyin qadındır”, deyə düşünə bilərsiniz. Amma yox. Duşeçka heç də soyuqqanlı və hesablayan bir qadın deyil. O, sadəcə olaraq daima kimisə sevib və sevgisiz yaşaya bilməyib. Axı sevgi olmadan həyat necə ola bilər? Rolları ifa edirlər: Viktoriya Zaytseva, Rusiya Federasiyasının Əməkdar Artisti Anatoli Dubanov, Aleksandr Pavelyev, Valeri Solovyov, Arseniy Vorobyov, Aleksandr Plaksin, Yeqor Lesnikov, Sankt-Peterburqun əməkdar artisti Natalya Parashkina, Kostya Yonkin.

“Kişilər və qadınlar nə haqqında danışır” tamaşası yazıçı Yasmina Reza eyniadlı əsərin əsasında hazırlanıb. Rejissor: Andjey Bubeny, Səhnə tərtibatı və kostyumlar: Pyotr Okunyev, Olqa Şaişmelaşvili. “Kişilər və qadınlar nə haqqında danışır” tamaşası iti satirik yumorla zəngin bir komediyadır. Hadisələr iki valideyn cütlüyünün arasında baş verir. İki oğlan uşağının oyun meydançasında dalaşmasından sonra “zərərçəkmiş”in valideynləri “təcavüzkar”ın valideynlərini evlərinə dəvət edir ki, məsələni müzakirə etsinlər. Lakin uşaqların tərbiyəsi ilə bağlı nəzakətli müzakirə tezliklə dörd böyüyün öz həqiqi simalarını göstərdiyi söz duelinə çevrilir. Tamaşada iştirak edirlər: Sankt-Peterburqun Əməkdar Artisti Nataliya Parashkina, Alla Yemintseva, Rusiya Federasiyasının Əməkdar Artisti Valeri Solovyov, Sankt-Peterburqun Əməkdar Artisti Yuri Yelagin.

"Baltik Evi" Teatr-Festivalının “Böyük qastrol”ları Bakıda böyük uğurla keçdi, nümayiş olunan tamaşalar qürultulu alqışlarla qarşılandı və hamının zövgünü oxşadı.