"Balerina" kriminal triller filmi 5 iyundan etibarən Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. "Balerina" filminin rejissoru Len Wiseman, Ssenaristləri Emerald Fennell və Shay Hattendı. Filmdə baş rolu ispan aktrisa Ana de Armas oynayıb. Filmdə həmçinin Keanu Reeves (John Wick) rol alır.
Film muzdlu qatil və peşəkar balerina İv Makarrodan bəhs edir (Ana de Armas). O, ailəsini öldürən insanlardan qisas almaq istəyir. İv Makarro daha əvvəl "Con Wick"in üçüncü hissəsində peşəkar qatil olmaq üçün təlim keçən gənc balerinanı ifa edirdi. Yeni filmdə tamaşaçılar onun keçmişi və motivasiyası haqqında daha çox məlumat əldə edəcəklər. İv Makarro "Rusca Roma" adlı gizli qrupa qoşulur və onun mentoru Uikdən, Baba Yaqa ləqəbli məşhur seriyalı qatildən dər alır. Bundan yanaşı k balet məktəbinədə daxil olur. Kövrək və cəsur qız nüfuzlu lider axtarışına çıxır, lakin özünü ölümcül oyuna necə cəlb etdiyini hiss etmir. Qanqster qrupunun başçısı çox təhlükəlidir. Düşmənlə qarşılaşmaq üçün o çox güclü olmalı və qorxmazlıq nümayiş etdirməlidir.
"Balerina" filmini Park Cinemanın bütün kinoteatrlarında rus dilində (azərbaycan alt yazı ilə) baxmaq olar. Biletlər: https://new.parkcinema.az/ru/movie/67f394803fcfcd4ed4550450