7 iyun Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin “Ovod” əsəri əsasında "M.Teatr"da səhnələşdirilən eyniadlı tamaşanın nümayişi keçirildi. Yeni tamaşa aktyor Ziya Ağanın rəhbərlik etdiyi “White Roof” şirkətinin layihəsi çərçivəsində keçirildi.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissoru Oksana Rəsulovadır. Səhnə əsərində obrazları Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba canlandırırlar.
Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir.
Tamaşa böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.