Konsertdə Xalq artisti Fidan Hacıyeva, solistlər Aytac Şıxalizadə, Nina Makarova, Ruslan Persan, İqor Yadrov, Mahir Tağızadənin ifasında Üzeyir Hacıbəylinin ''Koroğlu'' operasından Xanəndə qızın mahnısı, Fikrət Əmirovun ''Sevil'' operasından Atakişinin kupletləri, Qara Qarayev və Cövdət Hacıyevin ''Vətən'' operasından Mərdanın ariyası, Niyazinin ''Xosrov və Şirin'' operasından Şapurun ariyası, Pyotr Çaykovskinin "Yevgeni Onegin'' operasından Qreminin ariyası, Sergey Raxmaninovun ''Aleko'' operasından Alekonun ariyası və digər əsərlər səsləndirilib.
Qeyd edək ki, konsertmeyster Əməkdar artist İlahə Sadıxzadədir.