"Opera Günləri" Layihəsində "Orfey Və Evridika" Opera-Baleti Təqdim Olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində XVIII əsrdə yaşamış alman bəstəkarı Kristof Villibald Qlyukun “Orfey və Evridika“ opera-baleti nümayiş etdirilib.

Tamaşada Əməkdar artistlər İlham Nəzərov (Orfey), Fəridə Məmmədova (Evridika), solist Zümrüd  Davudova (Amur), həmçinin balet artistləri – Əməkdar artist Anar Mikayılov (Orfey) və Liana Praqa (Evridika) iştirak ediblər.

Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, konsertmeysteri Nüşabə İsadır.