Bakıda Beynəlxalq Yoqa Günü qeyd olunub

Hindistanın Bakıdakı səfirliyi  iyunun 15-də  Beynəlxalq Yoqa Gününü qeyd edib. Tədbir Ramada hotelində, Xəzər dəniz sahilində baş tutub. Bu ilki yoga sessiyası "Vahid Dünya və Vahid Sağlamlıq üçün Yoqa" deviz altında keçib.

Tədbiri Hindistanin Azərbaycandakı səfiri canab Madxusudanan Şridxaran nitq sözü ilə açıb. Beynəlxalq Yoqa Günündə tanınmış yoqa müəllimləri - təlimçilər Elçin Quliyev və Kənan Məmmədov yoqa seanslarına rəhbərlik ediblər. Tədbirdə 100-ə yaxın yoqa həvəskarı iştirak ediblər.

Hindistanda yaranmış qədim fiziki, əqli və mənəvi təlim olan yoqa hazırda bütün dünyada müxtəlif formalarda tətbiq olunur və onun məşhurluğu artmaqda davam edir. Yoqanın qlobal məşhurluğu nəzərə alınaraq, 2014-cü il dekabrın 11-də Birləşmiş Millətlər Təşkilatı qətnamə qəbul edərək 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib. O vaxtdan bəri yoqanın bir çox faydaları haqqında məlumatlılığı artırmaq məqsədilə iyunun 21-i bütün dünya üzrə Beynəlxalq Yoqa Günü kimi qeyd olunur.