Bakıda Şopenin əsərləri səsləndi

20 iyun Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında "Şopen" adlı konsert keçirildi. Bu sehrli gecədə İstedadlı və tanınmış, ən parlaq pianoçularından biri – Vurğun Vəkilov – Frederik Şopenin musiqilərini səsləndirdi.

Vurğun Vəkilovun hər bir ifası - Şopenin musiqi əsərləri ilə - təəccübləndirdi,  valeh etdi...   Qəfil dönümlər, frazaların maraqlı "tərtibatı", aqogika və nüanslar - hər detal...   Vurğunun Şopeni xüsusi idi...  100 dəfə eşitdiyimiz valslar, mazurkalar, prelüdlər, nöktürnlər... Bu yaratmalar Vurğunun  öz yanaşması nəticəsində necə də ruhsal səslənirdi...Olduqca poetik və cazibədar...

Ümidə Abbasova ilə duet isə bu gecəyə özəllik gətirdi. Proqram Şopenin ən möhtəşəm əsəri - Noktyurnla yekunlaşdı.

Gəcə böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı.